FED fazi dərəcələrini artırması Azərbaycana necə təsir edəcək? - Ekspertdən detallı şərh

img

28-09-2018 [14:46]


"Məlum olduğu kimi, ABŞ-ın Mərkəzi Bankı hesab olunan FED uçot dərəcəsini 0,25 faiz bənd artıraraq 1,75-2%-dən 2-2,25%-ə qaldırılması ilə bağlı qərar verib. FED-in bu qərarını ehtimal etmək çox yumşaq ifadədir. Bunun mütləq olacağını söyləmək çətin deyildi. Çünki müxtəlif dövlətlərin iqtisadiyyatlarına təsir imkanları (sanksiyalar, rüsum artımları) ilə yanaşı, bazarlara müdaxilə etmək kimi davamlı addımlar atılırdı. Bu zaman biri-birini tamamlayacaq digər addımların atılması bir orkestri xatırladır. FED bunun əksinə olaraq, faiz dərəcələrini yüksəltməsəydi, mənim üçün daha təəccüblü olardı".

Mia.az xəbər veirr ki, bu sözləri iqtisadçı Məhəmməd Talıblı deyib.

Onun sözlərinə görə, FED bu qərarını iqtisadi böhran zamanı faiz dərəcələrini təkrar aşağı salmamaqla əsaslandırıb:

"Deməli, yaxın aylarda dünya iqtisadiyyatında, o cümlədən bir sıra ölkələrin iqtisadiyyatda kataklizmlərin olması gözlənilir. Lakin qlobal tendensiyalara rəğmən, ABŞ iqtisadiyyatında isə son on illiklərin ən yaxşı iqtisadi göstəriciləri qeydə alınması göstərilir. Obama admistrasiya tərəfindən əsası qoyulan iqtisadi siyasətin keyfiyyətli bünövrəsinin nəticələri hiss olunmağa başlayıb. ABŞ-da inflyasiya 2 faizdən bir az yuxarı qalxıb, işsizlik isə 4 faizlik həddə məhdudlaşıb. Üstəlik, hələ 8 milyon boş yerlərinin olması da əlavə imkanları göstərir. Yeri düşmüşkən, indi qeydə alınan bu işsizliyin çox aşağı həddidir. Hətta ideal nisbətə çox yaxındır. Bu il iqtisadiyyatın həcmi əvvəlki illərə nisbətən bir az genişlənəcək. Nəzərə almaq lazımdır ki, FED-ın qərarları hər zaman ABŞ-da inflyasiyanı 2 faizlik həddə saxlamağı və işsizliyi çox aşağı səviyyədə hədəfləyən monetar siyasəti müəyyənləşdirir".

Ekspert FED-in son qərarının təsirlərindən də danışıb. Deyib ki, FED-in qərarının ABŞ iqtisadiyyatına təsirləri  9-12 aya qədər çəkəcək: "Ona görə, FED-in qərarının ABŞ iqtisadiyyatı üçün tez zaman kəsiyində təsir edəcəyini gözləmək doğru olmaz. Lakin digər ölkələrin iqtisadiyyatına daha tez təsir göstərəcək. Xüsusilə dollar borclanması çox olan və kreditləşmə hesabına layihələri maliyyələşdirən iqtisadi subyeyktlərə (dövlətlər, şirkətlər) bunun yan təsirləri olacaq.

Bildiyimiz kimi, FED-in faiz artımı dollarla kreditləri bahalaşdıracaq. Deməli, xarici bank insitutları xaricdən daha bahalı dollar borcu almaq məcburiyyətində qalacaq. Dolların dəyər qazanması isə, bəzi ölkələrin valyuta bazarlarında baş verəcək çaxnaşmalar sayəsində sərmayələrin həmin ölkələrdən qaçmasına səbəb olacaq. Bu sırada qardaş Türkiyəni gözləyəcək təhlükələri daha çox görürəm".

Ekspert bildirib ki, dünya valyuta bazarında qeyri-müəyyənliklərin miqyası daha böyüyür. Xüsusilə dollarla bazarlara intervensiya fərqli xarakter almağa başlayıb:

"Buna məcbur olan ABŞ ötən ilin may ayından başlayaraq, bazardan 200 mlrd. dollara yaxın dollar çıxardı. Müqayisə üçün deyim ki, ABŞ-ın 200 illik və FED-in (1913) tarixində ilk dəfə olaraq çox böyük miqdarda - 820 mlrd. dollar çap edilmişdi. Bu sonradan daha artırılaraq 3,2 trilyon dollara çatdı".

İqtisadçı son olaraq bildirib ki, FED qərarı bununla yekunlaşmayacaq: "Hər il faiz artımlarını da artırmağı doğru təşəbbüslər olacaq. Bu ilin sonu ola bilsin ki, uçot dərəcələri 2,4%-ə qədər qaldırılsın. Ortalama hədd olaraq 2019-cu ildə 3,1 %, 2020-də 3,4 % olacağı gözlənilir. Dolların dəyərinin artması qızılın və neftin qiymətlərinin qalxmasına qarşı əlavə təzyiq yaradır. Bizim milli valyutamıza isə da əlavə olaraq psixoloji təzyiq də artacaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR