28-09-2018 [14:46]
"Məlum olduğu kimi, ABŞ-ın Mərkəzi Bankı hesab olunan FED uçot dərəcəsini 0,25 faiz bənd artıraraq 1,75-2%-dən 2-2,25%-ə qaldırılması ilə bağlı qərar verib. FED-in bu qərarını ehtimal etmək çox yumşaq ifadədir. Bunun mütləq olacağını söyləmək çətin deyildi. Çünki müxtəlif dövlətlərin iqtisadiyyatlarına təsir imkanları (sanksiyalar, rüsum artımları) ilə yanaşı, bazarlara müdaxilə etmək kimi davamlı addımlar atılırdı. Bu zaman biri-birini tamamlayacaq digər addımların atılması bir orkestri xatırladır. FED bunun əksinə olaraq, faiz dərəcələrini yüksəltməsəydi, mənim üçün daha təəccüblü olardı".
Mia.az xəbər veirr ki, bu sözləri iqtisadçı Məhəmməd Talıblı deyib.
Onun sözlərinə görə, FED bu qərarını iqtisadi böhran zamanı faiz dərəcələrini təkrar aşağı salmamaqla əsaslandırıb:
"Deməli, yaxın aylarda dünya iqtisadiyyatında, o cümlədən bir sıra ölkələrin iqtisadiyyatda kataklizmlərin olması gözlənilir. Lakin qlobal tendensiyalara rəğmən, ABŞ iqtisadiyyatında isə son on illiklərin ən yaxşı iqtisadi göstəriciləri qeydə alınması göstərilir. Obama admistrasiya tərəfindən əsası qoyulan iqtisadi siyasətin keyfiyyətli bünövrəsinin nəticələri hiss olunmağa başlayıb. ABŞ-da inflyasiya 2 faizdən bir az yuxarı qalxıb, işsizlik isə 4 faizlik həddə məhdudlaşıb. Üstəlik, hələ 8 milyon boş yerlərinin olması da əlavə imkanları göstərir. Yeri düşmüşkən, indi qeydə alınan bu işsizliyin çox aşağı həddidir. Hətta ideal nisbətə çox yaxındır. Bu il iqtisadiyyatın həcmi əvvəlki illərə nisbətən bir az genişlənəcək. Nəzərə almaq lazımdır ki, FED-ın qərarları hər zaman ABŞ-da inflyasiyanı 2 faizlik həddə saxlamağı və işsizliyi çox aşağı səviyyədə hədəfləyən monetar siyasəti müəyyənləşdirir".
Ekspert FED-in son qərarının təsirlərindən də danışıb. Deyib ki, FED-in qərarının ABŞ iqtisadiyyatına təsirləri 9-12 aya qədər çəkəcək: "Ona görə, FED-in qərarının ABŞ iqtisadiyyatı üçün tez zaman kəsiyində təsir edəcəyini gözləmək doğru olmaz. Lakin digər ölkələrin iqtisadiyyatına daha tez təsir göstərəcək. Xüsusilə dollar borclanması çox olan və kreditləşmə hesabına layihələri maliyyələşdirən iqtisadi subyeyktlərə (dövlətlər, şirkətlər) bunun yan təsirləri olacaq.
Bildiyimiz kimi, FED-in faiz artımı dollarla kreditləri bahalaşdıracaq. Deməli, xarici bank insitutları xaricdən daha bahalı dollar borcu almaq məcburiyyətində qalacaq. Dolların dəyər qazanması isə, bəzi ölkələrin valyuta bazarlarında baş verəcək çaxnaşmalar sayəsində sərmayələrin həmin ölkələrdən qaçmasına səbəb olacaq. Bu sırada qardaş Türkiyəni gözləyəcək təhlükələri daha çox görürəm".
Ekspert bildirib ki, dünya valyuta bazarında qeyri-müəyyənliklərin miqyası daha böyüyür. Xüsusilə dollarla bazarlara intervensiya fərqli xarakter almağa başlayıb:
"Buna məcbur olan ABŞ ötən ilin may ayından başlayaraq, bazardan 200 mlrd. dollara yaxın dollar çıxardı. Müqayisə üçün deyim ki, ABŞ-ın 200 illik və FED-in (1913) tarixində ilk dəfə olaraq çox böyük miqdarda - 820 mlrd. dollar çap edilmişdi. Bu sonradan daha artırılaraq 3,2 trilyon dollara çatdı".
İqtisadçı son olaraq bildirib ki, FED qərarı bununla yekunlaşmayacaq: "Hər il faiz artımlarını da artırmağı doğru təşəbbüslər olacaq. Bu ilin sonu ola bilsin ki, uçot dərəcələri 2,4%-ə qədər qaldırılsın. Ortalama hədd olaraq 2019-cu ildə 3,1 %, 2020-də 3,4 % olacağı gözlənilir. Dolların dəyərinin artması qızılın və neftin qiymətlərinin qalxmasına qarşı əlavə təzyiq yaradır. Bizim milli valyutamıza isə da əlavə olaraq psixoloji təzyiq də artacaq".
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO