ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide hack forum Azərbaycanın naziri "Komandir xaçı ləyaqət ordeni" ilə təltif olundu - Macarıstan tərəfindən - mia.az
Şriftin ölçüsü / 176 dəfə oxunub

Azərbaycanın naziri "Komandir xaçı ləyaqət ordeni" ilə təltif olundu - Macarıstan tərəfindən

28 Sentyabr 2018 [14:03]
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

XİN-dən Mia.az-a verilən məlumata görə, görüş sentyabrın 27-də ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutub. 

Nazirlər ikitərəfli əməkdaşlıq məsələlərini, o cümlədən iqtisadi və ticarət münasibətlərini müzakirə edib, regional enerji və nəqliyyat layihələri üzrə fikir mübadiləsi aparıb.

Görüş zamanı xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Macarıstan arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə Macarıstan Respublikasının "Komandir xaçı ləyaqət ordeni" ilə təltif olunub. 

Mükafatı azərbaycanlı həmkarına təqdim edən xarici işlər naziri Peter Siyarto ikitərəfli münasibətlərin inkişafına verdiyi dəyərli töhfəyə görə E.Məmmədyarova təşəkkürünü bildirib və ikitərəfli əlaqələrin, xüsusilə də iqtisadi və enerji sahələrində əlaqələrin daha da inkişaf edəcəyinə inamını ifadə edib. 

E.Məmmədyarov macarıstanlı həmkarına mükafata görə təşəkkür edərək bunu Azərbaycan və Macarıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün həvəsləndirici amil kimi dəyərləndirib.


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide hack forum
SON XƏBƏRLƏR