ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide Şirvanda hərbi zavodda yanğın - Xəsarət alanlar var - mia.az
Şriftin ölçüsü / 467 dəfə oxunub

Şirvanda hərbi zavodda yanğın - Xəsarət alanlar var

28 Sentyabr 2018 [14:50]

Bu gün Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinə məxsus zavodda yanğın olub.

Şirvan Şəhər Prokurorluğundan  verilən məlumata görə, zavodun 8-ci blokunda baş verən yanğın nəticəsində 2 nəfər xəsarət alıb.

İlkin məlumata görə, detalların sıxılması üçün nıəzərdə tutulmuş dəzgahın quraşdırılması zamanı laqunda ilə dəmir lövhəni kəsən zaman çıxan qığılcım yanğına səbəb olub.

Hazırda yanğın söndürülüb, ekspertiza təyin edilib. Dəqiq məlumat araşdırmaların sonunda bəlli olacaq/qafqazinfo

*** 

Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinə məxsus zavodda baş vermiş yanğın nəticəsində xəsarət alan iki nəfərin vəziyyəti ağırdır.

Mia.az xəbər verir ki, bu barədə Trend-ə Şirvan şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə nəticəsində xəsarət alan Şirvan şəhər sakinləri, 1972-ci il təvəllüdlü İsmayılov Sabit Əlisultan oğlu və 1976-cı il təvəllüdlü Xəlilov Vaqif Valeh oğlu hər iki ətrafın, üz və əllərinin, kürək nayihəsinin 3-cü və 4-cü dərəcəli yanıq xəsarətləri ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

Hazırda hər iki xəstə şok vəziyyətindədir.

Şirvan şəhər Prokurorluğundan isə Trend-ə bildiriblər ki, hazırda hadisə ilə bağlı ekspertiza təyin edilib. Ekspertizanın nəticəsindən sonra yanğının dəqiq başvermə səbəbləri məlum olacaq.

Xatırladaq ki, bu gün Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinə məxsus zavodda yanğın hadisəsi baş verib.

Baş verən yanğın nəticəsində iki nəfər xəsarət alıb.

Faktla bağlı araşdırmalar aparılır.



ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR