Sabirabadda fəhlələri daşıyan mikroavtobus “KamAZ”a çırpıldı - 8 yaralı / Yenilənib (VİDEO)

img

28-09-2018 [10:52]


Sabirabad rayonunda mikroavtobusla yük maşınının toqquşması nəticəsində xəsarət alanların adları məlum olub.

Mia.az report-a istinadən xəbər verir ki, "Mercedes” markalı mikroavtobusla qoşqulu "KamAZ”ın toqquşması nəticəsində xəsarət alanlar aşağıdakılardır:

Mikroavtobusun sürücüsü, Qarağac kənd sakini, 1963-ci il təvəllüdlü Əliyev Cəmaləddin Əhməd oğlu;

Rayonda fəaliyyət göstərən istixanalardan birində işləyən Polad Toğayı kənd sakinləri:

1965-ci il təvəllüdlü İsayeva Qəmər Səhrab qızı

1965-ci il təvəllüdlü Şahquliyeva Gülşən Əlövsət qızı

1978-ci il təvəllüdlü İbadova Şəfiqə Tahir qızı

1967-ci il təvəllüdlü İsayeva Lətifə Abbas qızı

1993-cü il təvəllüdlü Eyvazov Oral Rövşən oğlu

1963-cü il təvəllüdlü İslamova Bircəqız Qaroğlan qızı

1963-cü il təvəllüdlü Cəfərova Zinaida
* * *

Bu gün səhər saaat 5:30 radələrində Sabirabad rayonunun Polad Toğay kəndində fəhlələri daşıyan mikroavtobus qəzaya uğrayıb.

Mia.az Virtualaz.org-a istinadən xəbər verir ki, fəhlələri daşıyan Şirvan şəhər sakini Cəmaləddin Əhməd oğlu Əliyevin idarə etdiyi "Mercedes” markalı 18 BG 858 dövlət nömrə nişanlı mikroavtobus Masallı rayon sakini Xəyal Yarıyevin idarə etdiyi 10 XA 832 dövlət nömrə nişanlı, iki qoşqulu "KamAZ” markalı yük maşını ilə toqquşub.

Hadisə nəticəsində mikroavtobusun xəsarət almış 8 nəfər sərnişini Şirvan Şəhər Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR