İcazəsiz ova cəhd edən şəxs saxlanılıb

img

28-09-2018 [10:16]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Kürdəmir rayonu Pirili kəndi ərazisində icazəsiz ova cəhd edən şəxs saxlanılıb.

Mia.az xəbər verir ki, ondan ov tüfəngi götürülüb.

Araşdırma zamanı brakonyerin Pirili kənd sakini Şakir Hüseynov olduğu məlum olub. Faktla bağlı Ş.Hüseynov barəsində protokol tərtib olunub və inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR