Prezident BMT-dən tələb etdi: “Mənə olan sui-qəsdçilər ABŞ-ın dəstəyi ilə..."

img

27-09-2018 [22:55]


Venesuela prezidenti Maduro BMT-də çıxışı zamanı bir sıra məsələlərə toxunub.

Teleqraf.com xəbər verir ki, o, avqust ayında özünə və ətrafındakılara qarşı təşkil olunmuş sui-qəsdin BMT tərəfindən araşdırılmasını tələb edib:

"Bizim araşdırmalarımız göstərir ki, bu hücumun bütün detalları və maliyyələşdirilməsi ABŞ-dan olub. Sui-qəsdçilər ABŞ-ın dəstəyi ilə Kolumbiyada illərdir təlim keçirlər. Onlar bunu etiraf ediblər. BMT-dən özəl bir komissiya formalaşdırılması və sui-qəsdin detallarının araşdırılmasını tələb edirəm”

Prezident Maduro həmçinin Donald Trampla görüşməyə hazır olduğunu vurğulayıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR