ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide Müğənni övladının İqtisad Universitetinə "perevod"u üçün 32 min manat verdi, fırıldaqla üzləşdi - Məhkəmə prosesi - mia.az
Şriftin ölçüsü / 332 dəfə oxunub

Müğənni övladının İqtisad Universitetinə "perevod"u üçün 32 min manat verdi, fırıldaqla üzləşdi - Məhkəmə prosesi

27 Sentyabr 2018 [15:15]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə prosesdə zərərçəkmiş qismində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin sabiq əməkdaşı Rəsul Quliyev ifadə verib.

O bildirib ki, 2011-ci ildə M.Məmmədovaya Hərbi Komissarlıqda işə düzəltmək adı ilə 180 min manat pul verib: "Lakin sonradan o, pulu geri qaytardı. Daha əvvəl Müdafiə Nazirliyində çalışırdım. Pulu Məlahət xanıma verən zaman pensiyada idim. Onunla aramızda borc müqavilə bağlandı".

M.Məmmədova deyib ki, həmin pulu tanışına verib: "Düzdü, belə söhbət olub. Mən sadəcə arada vasitəcə olmuşam. Həmin adam da tutuldu. Özüm şəxssən pulu Rəsul müəllimə qaytardım".

Məhkəmənin növbəti iclası oktyabrın 4-nə təyin edilib.

Qeyd edək ki, M.Məmmədova dələduzluqda təqsirli bilinir. O, bir neçə şəxsin etibarından sui-istifadə edərək, ümumilikdə 300 minə yaxın pulu dələduzluq yolu ilə ələ keçirib.

Cinayət işi üzrə zərərçəkənlər arasında Azərbaycanın əməkdar artisti, müğənni Könül Kərimova da var.

İttiham aktına əsasən, M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi vədi verib.

O, bu işə görə, K.Kərimovadan ümumilikdə 32 min manat pul alıb. Lakin sonradan verdiyi vədə əməl etməyib.

M.Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham edilir.

Məhkəmənin hazırlıq iclasında məlum olub ki, M.Məmmədova əvvəllər məhkumluq həyatı yaşayıb.

O bildirb ki, 2012-ci ildə dələduzluqda ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb.


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR