Mətbuat işçisinə 3 bıçaq zərbəsi vuran şəxs, nəhayət, yaxalandı - Səbail polisindən Kürdəmirdə əməliyyat

img

27-09-2018 [14:54]


Xəbər verdiyimiz kimi, avqustun 30-da Bakı şəhəri, Səbail rayonu, 20-ci yaşayış sahəsində yaşayan  mətbuat yayımı əməkdaşı Sakit Həsənov işə gedərkən evinin yaxınlığında naməlum şəxslər tərəfindən bıçaqlanıb. 

Belə ki, onun maşının qabağını kəsən həmin şəxslərdən Sakit Həsənov yol vermələrini xahiş edib, Lakin bu xahişi həmin şəxslərə xoş gəlməyib. Onlar qəfil Sakit Həsənova hücüm edərək, əvvəl onu döyüblər. Bundan ürəkləri soyumayan şəxslərdən biri isə Sakit Həsənova müxtəlif nahiyələrinə 3 bıçaq zırbəsi endirib.

Ailəsi tərəfindən 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) çatdırılaraq əməliyyat edilən  Sakit Həsənovun səhhəti hələ də qaydasına  düşməyib.

Maraqlı burası idi ki, hadisədən həftələr ötsə də, qəsdçiləri qaçıb gizləndiklərindən tutulmamışdılar.

Mia.az xəbər verir ki, artıq Səbail polisinin əməkdaşları mətbuat əməkdaşını bıçaqlayan şəxsi həbs edib.

Bu barədə açıqlama verən Sakit Həsənov deyib ki, Səbail polisi ona 3 bıçaq zərbəsi ilə xəsarət yetirən şəxsi Kürdəmirdə yaxalayıb.

Xatırladaq ki, Sakir Həsənovun başına gələn hadisə ilə bağlı Azərbaycan Mətbuat Şurası da Daxili işlər naziri Ramil Usubova müraciət etmişdi.

Onu da qeyd eədk ki, S. Həsənov ayrı-ayrı vaxtlarda müxtəlif qəzet redaksiyalarında yayım müdiri vəzifəsində çalışıb. O, hazırda da mətbuat yayımı sahəsində çalışır.


Digər xəbərlər
SON XƏBƏRLƏR