Şriftin ölçüsü / 470 dəfə oxunub

Tacir Fədayə Laçından danışdı: "Həyatda heç kim deyə bilməz ki, səhv etməmişəm"

27 Sentyabr 2018 [14:36]
Müğənni Tacir Şahmalıoğlu həbsdə olan həmkarı Fədayə Laçın barədə danışıb.

Teleqraf.com-un məlumatına görə, "5/5" verilişinə qatılan ifaçı aparıcı Zaur Kamalın "Fədayədən başqası ilə sənin duetin alınmaz" sözlərinə belə cavab verib:

"Nə vaxtsa demişəm ki, alınar? Hər zaman demişəm ki, Fədayədən başqa heç kimlə məndə alınmaz. Bu günə qədər mümkün olmayıb.

Həbsdən çıxandan sonra da niyə duet oxumayaq? Fədayə yaxşı sənətkardır. Onun səsi Allah vergisidir. Allah orada olan hamının düyününü açsın. Həyatda heç kim deyə bilməz ki, səhv etməmişəm. Amma səhvdən nəticə çıxarmaq lazımdır".


SON XƏBƏRLƏR