Şriftin ölçüsü / 111 dəfə oxunub

Gənclər Liqası: “Qəbələ” iştirak ərizəsini UEFA-ya təqdim etdi - SİYAHI

27 Sentyabr 2018 [14:05]
Gənclər Liqasının I mərhələsində Moldova "Şerif”i ilə qarşılaşacaq "Qəbələ” klubu iştirak ərizəsini UEFA-ya təqdim edib.

Mia.az xəbər verir ki, baş məşqçi Emin İmaməliyev siyahıya 32 futbolçu - 5 qapıçı, 12 müdafiəçi, 10 yarımmüdafiəçi və 5 hücumçu daxil edib. Onların arasında legioner yoxdur.

Qapıçılar: Elməddin Sultanov, Müşviq Nadirov, Əmrah Zülfüqarlı, Musa İsmayılov, Vüsal Şabanov

Müdafiəçilər: Nemət Şıxəmirov, Nicat Oruclu, Rüstəm Nuruyev, Arsen Ağcabayev, Vüsal Məsimov, Nicat Əliyev, Xəyal Muradov, Cavidan Rəhimli, Faiq Hacıyev, Nika Baçaliaşvili, Rüfət Əhmədov, İzzət Muştağov

Yarımmüdafiəçilər: Samir Məhərrəmli, Nazim Həsənzadə, Veysəl Rzayev, Aqil Nəsibov, İdris İnqilablı Abbas Ağazadə, Fərid İskəndərov, Təbriz İsazadə, Salman Ələsgərov, Rauf Məhərrəmov

Hücumçular: Samir Qurbanov, Əli Sadiqov, Əli Mürsəlov, Məhəmməd Məhərrəmov, İbrahim Camalov

Qeyd edək ki, bu komandalar arasında ilk oyun oktyabrın 3-də Qəbələdə, cavab görüşü oktyabrın 24-də Tiraspolda keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq ilk matç saat 18:00-da start götürəcək.

Mərhələni adlayan komanda Cütün qalibi "Herta” (Almaniya) – "Lex” (Polşa) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun noyabrın 7-də Qəbələdə, cavab matçı isə noyabrın 28-də səfərdə keçiriləcək.


SON XƏBƏRLƏR