"Rusiya və İranla birlikdə işləməyə davam etməliyik” - Çavuşoğlu

img

27-09-2018 [13:41]


Türkiyə, İran və Rusiyanın XİN rəhbərləri Nyu Yorkda bir araya gəlib.

Görüşdə Suriya və İdlib məsələsi müzakirə olunub.

Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu görüş əsnasında bir sıra açıqlamalar verib:

"İdlib məsələsi Suriyada siyasi həll üçün son şansdır. Bu fürsəti qaçırmaq olmaz. Siyasi prosessləri sürətləndirmək lazımdır. Rejim və müxalifəti bir araya gətirmək lazımdır. Bu böhran sülhlə nəticələnməlidir. Gələcəkdə Suriyada yeni konstitusiya komissyası formalaşdırılmalıdır. Həm müxalifət, həm də rejim tərəfindən siyahılar verilib. Rusiya və İranla birlikdə işləməyə davam etməliyik”.

Rusiya və İran XİN rəhbərləri isə Soçi razılaşmasının bölgədə əmin-amanlığa zəmanət verəcəyinə əminliklərini bildiriblər. Sergey Lavrov və Məhəmməd Cavad Zərif türk həmkarları ilə həmfikir olduqlarını diqqətə çatdırıblar/Teleqraf.com.

Digər xəbərlər
SON XƏBƏRLƏR