Şriftin ölçüsü / 91 dəfə oxunub

Şahin Mustafayev: "Azərbaycan və Rusiyanın əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsindədir"

27 Sentyabr 2018 [11:26]
"Azərbaycan və Rusiyanın əməkdaşlığı qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanır və strateji tərəfdaşlıq səviyyəsindədir".

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən 9-cu Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuralarının geniş iclasında bildirib.

Ş Mustafayev xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya sonuncu səfəri zamanı 17, iqtisadi sahədə 6 sənəd imzalanıb.

İqtisadiyyat naziri qeyd edib ki, ölkələr arasında ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunur. Rusiya Azərbaycan mallarının idxalı üzrə əsas tərəfdaşdır.

O bildirib ki, Azərbaycan Rusiya iqtisadiyyatına 1 mlrd. dollardan çox vəsait qoyub, Rusiya isə öz növbəsində Azərbaycan iqtisadiyyatına 4 mlrd dollar sərmayə qoyub.

Azərbaycanda 760 Rusiya şirkəti qeydə alınıb. Energetika, turizm, nəqliyyat, sənaye, kənd təsərrüfatının inkişafında geniş perspektivlər var.


SON XƏBƏRLƏR