Şriftin ölçüsü / 158 dəfə oxunub

Cahangir Hacıyevin bacanağının həbs cəzası azaldıldı - Qərar

27 Sentyabr 2018 [11:00]
 Ali Məhkəmədə "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan və mənimsəmədə təqsirləndirilən "İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun sabiq direktoru İsmayıl Hidayət-zadənin barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

Hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdiirlib. Belə ki, onun 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası 5 ilə endirilib.

Qeyd edək ki, İ.Hidayət-zadə 2015-ci ildə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən saxlanılıb. "İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun sabiq direktoru olmuş İ.Hidayət-zadə "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən 100 milyon dollar kredit götürərək qaytarmamaqda ittiham olunub. Onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İ.Hidayət-zadə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İ.Hidayət-zadə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib, birinci istnasiya məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb.

Xatırladaq ki, İ.Hidayət-zadə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin keçmiş sədri Cahangir Hacıyevin bacanağıdır. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib/Report.


SON XƏBƏRLƏR