ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide “Kaş gözlərim kor olaydı” kitabı üzərindən... - mia.az
Şriftin ölçüsü / 533 dəfə oxunub

“Kaş gözlərim kor olaydı” kitabı üzərindən...

27 Sentyabr 2018 [09:59]

"Kaş gözlərim kor olaydı" kitabı 3 hissədən ibarətdir ("Cəbrayıl və 20 yanvar hadisələri", "Girov qızlarımız, sinəsi dağlı əsgərlərimiz", "Kaş gözlərim kor olaydı"). 

Kitabda 1988-ci ildən başlayan xalq hərəkatı, Rusiyanın himayə etdiyi Ermənistaının Azərbaycana təcavüzü, Qarabağ, o cümlədən də Cəbrayılın işğalı və həmin hadisələrin qəhrəmanlarının aqibətilə bağlı yerli-yataqlı çox məlumat var. Bir həmkarıımın kitab barədə maraqlı fikrinə rast gəldim. Deyir ki, torpaqları verib gəldilər deyən ağzıgöyçəklər qoy o kitabı oxusunlar. Qarabağlıların öz torpaqlarını qorumaq üçün hansı məşəqqəti çəkdiklərinin şahidi olacaq və utanacaqlar. Həmkarımın yazdığı kimi, "Kaş gözlərim kor olaydı" kitabı bədii əsər deyil, amma orda onlarla hekayə və romanın, dram əsərlərinin, ssenarinin materialı var. Mən bir müddət öncə Qarabağ qazisi, kəşfiyyatçı Rey Kərimoğlunun "Kod adı "Rey"" adlı kitabını oxudum və ordan iki hekayəlik mövzu seçib qələmə aldım. Həmin hekayələr sosial şəbəkə və syatlarda geniş tirajlanıb. Bunu qəsdən eləmədim, sadəcə bəzi epizodları oxuyarkən onlar hekayə formasında beynimə və qəlbimə hakim olmağı bacardılar. İnanıram ki, Vaqif Əlisoyun da bu kitabında həm mənim, həm də başqa həmkarlarım üçün maraqlı nüanslar və dramatik süjet xətləri var və onlar nə zamansa bədii əsərə çevriləcəklər.

"Kaş gözlərim kor olaydı" kitabı həm də tarixi səlnamə baxımından dəyərlidir. Məndən yaşca böyük, eləcə də yaşıdım olan adamlar həmin hadisələri öz gözləri ilə görüblər, amma yeni nəslin o keşməkeşli, ziddiyyətli və mürəkkəb olaylardan xəbəri yoxdur.

Bir şey də maraqlıdır ki, "Kaş gözlərim kor olaydı" kitabında hüquqşünas Camal Əhmədov barədə də söz açılır. Media izləyiciləri bir müddət əvvəl onun işğal altında olan yurduna dönüşü barədə beynəlxalq təşkilatlara və KİV-ə müraciət etdiyini yaxşı bilirlər. Bu insan o zamankı kimi indi döyüşkən ruhunu saxlayıb və nəyin bahasına olur-olsun vətəninə getmək istəyir...

Ermənilərin məkri, daim onları dəstəkləyən rus hərbçilərinin Azərbaycanı və onun torpaqlarını işğal eləməkdə düşmənlərimizə dəstəyi bu kitabda açıq-saçıq göstərilir.

Bu səlnaməni yazdığına, bizi həmin dövrə apardığına və gələcək nəsillərə ərmağan etdiyinə görə Vaqif müəllimə təşəkkürlərimi və sayğılarımı çatdırıram.

Cəbrayılı və cəbrayıllıları, eləcə də onun qəhrəman oğullarını, döyüşkən camaatını yaxşı tanımaq üçün həmin kitabı oxumağı oxucu dostlarıma da tövsiyyə edirəm. Çünki Cəbrayılın timsalında bütün Qarabağ burda təsvir olunub...

Elçin Hüseynbəyli

Sentyabr, 2018




Digər Xəbərlər

ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR