Həbs yerləri ilə bağlı qaydalar dəyişdi - Hökumət qərarı

img

27-09-2018 [09:22]


Nazirlər Kabinetinin "Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə” qərarına dəyişiklik edilib.

Mia.az xəbər verir ki, "İstintaq təcridxanalarının daxili intizam Qaydaları”nın 21.3-cü bəndinin ikinci cümləsində "artırılması” sözü "uzadılması” sözü ilə əvəz edilib.

Həmin qərarla təsdiq edilmiş "Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları” üzrə: 2.1. 13.3.2-ci yarımbəndə "başa çatdıqda” sözlərindən sonra "və həbsdə saxlamanın son müddəti Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 159.8-159.10-cu maddələrində nəzərdə tutulmuş qaydada uzadılmadıqda” sözləri əlavə edilib.

2.2. aşağıdakı məzmunda 13.3.2-1-ci yarımbənd əlavə edilib:

"13.3.2-1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 159.8- 159.10-cu maddələrində nəzərdə tutulmuş qaydada uzadılmış həbsdə saxlanılma müddəti başa çatdıqda.



Digər xəbərlər
SON XƏBƏRLƏR