Tramp Netanyahu ilə görüşdə "100 faiz sizin yanınızdayıq" dedi, ancaq... - ABŞ-ın Fələstinlə bağlı sülh planı

img

26-09-2018 [21:26]


Bu gün İsrailin Baş naziri Netanyahu ABŞ prezidenti Donald Trampla görüşüb.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, İsrailin Baş nazirini həddən artıq səmimi qarşılayan Tramp "Biz sizinləyik, 100 faiz sizin yanınızdayıq", - deyərək, Fələstin probleminin həll yolunu açıqlayıb:

"İsrail və Fələstin iki dövlət həll yoluna getməldir.  Hazırda sülh planı gözəl bir formada  inkişaf edir, ancaq sülh anlaşması xeyli zaman alacaq. İsrail də qarşı tərəf üçün bir şeylər etməlidir. Prezidentliyim dönəmində bu problemi həll etmək mənim  arzumdur. Fələstinlilərin də masaya geri dönmək, danışıqları davam etdirmək istədiklərini düşünürəm. Tərəflər qəbul edərsə, iki dövlətli həll modelini istəyirəm. İki və ya üç ay sonra sülh planını elan edəcəm".

Netanyahu isə Trampa  verdiyi dəstək üçün təşəkkür edib: "İsraili heç kim sizin kimi dəstəkləmədi. Biz bunu təqdir edir, sizə təşəkkür edirik".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR