Şriftin ölçüsü / 210 dəfə oxunub

Trampın müşaviri Avropa İttifaqı ilə İranı hədələdi: "Qiyamət qopacaq"

26 Sentyabr 2018 [19:54]

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində İrana dair xüsusi mətbuat konfransı keçirib. 

Mia.az xarici mətbuata istinadən bildirirb ki, o, ilk olaraq İrana qarşı sanksiyalardan yan keçməyə çalışan Avropa İttifaqı ölkələrini hədələyib: 

"İstər Avropa İttifaqı ölkələri olsun, istər başqaları, ABŞ İrana qarşı sanksiyalardan yan keçməyə heç kimə imkan verməyəcək”.

Daha sonra İranın Ali Dini liderinin Xamneinin ABŞ-la görüşü rədd etməsinəı toxunan Bolton rəsmi Tehrana kəskin xəbərdarlıq edib: "Əgər müttəfiqlərimiz, tərəfdaşlarımız və vətəndaşlarımıza zərər versəniz, qiyamət qopacaq. Əgər bu ölüm saçan rejim və tərəfdarları davranışlarını dəyişdirməsələr, sonunçlarına qatlanacaqlar. Bu gün ABŞ-ın mesajı çox qətidir: sizi izləyirik və arxanızca gəlirik".

Mia.az



SON XƏBƏRLƏR