Ekspert: "Neftin qiyməti geosiyasi amillər səbəbindən qalxa bilər"

img

26-09-2018 [17:47]


  Neftin üçrəqəmli qiymətədək bahalaşması sırf geosiyasi amillərin təsirilə baş verə bilər.

Bunu "Report”a Avropa Enerji və Ehtiyatların Təhlükəsizliyi Mərkəzinin elmi işçisi Slavomir Raşevski bildirib.

Onun fikrincə, OPEC-dəki ən böyük neft hasilatçısı olan Səudiyyə Ərəbistanı bütün siyasi təzyiqlərə baxmayaraq, hasilatı artırmağa meyilli deyil: "Üstəlik, son vaxtlar qeyri-OPEC ölkələrindəki hasilatın, o cümlədən ABŞ-dakı şist yataqlarındakı hasilatın artması ilə əlaqədar ənənəvi neft inhisarçısı statusunun sarsıldığı OPEC bu quruma daxil olmayan hasilatçılarla, ilk növbədə Rusiya Federasiyası ilə neft hasilatı kvotalarını əlaqələndirməklə məşğuldur”.

Ekspertin fikrincə, bütün bunlar ABŞ-ın İrana qarşı mövcud və Rusiyaya qarşı noyabrdan tətbiq ediləcəyi gözlənilən yeni sanksiyalarlarla birgə beynəlxalq bazarda neft qiymətləri ilə bağlı daha mürəkkəb vəziyyətə gətirib çıxarır. Neftin qiymətinin artım tendensiyasının daha nə qədər davam edəcəyinə gəlincə, Raşevskinin sözlərinə görə, bu, iki amildən asılıdır: "Birincisi, sanksiyalar səbəbindən cəlbediciliyini itirən İran neftinin azalması ilə yaranan boşluğun bazarda nə qədər tez doldurulacağı, ikincisi, ABŞ ilə Rusiya arasındakı qarşıdurmanın nə qədər irəli gedəcəyi mühüm əhəmiyyət kəsb edir. Bu amillərin hər ikisi geosiyasətlə və gələcək perspektivlə əlaqədardır”.

Beynəlxalq bazarlarda neft miqdarının artıq xeyli azalması səbəbindən İrana qarşı sanksiyaların daha təsirli olacağını diqqətə çatdıran ekspert azalan hasilatın neft bazarındakı digər oyunçular qarşısında bu boşluğu doldurmaq üçün daha çox neft çıxarıb satmaq fürsəti açdığı qənaətindədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR