26-09-2018 [17:21]
Milli Məclisin deputatı Rasim Musabəyov Teleqraf.com-a müsahibə verib.
Mia.az həmin müsahibəni təqdim edir:
- Rasim müəllim, Nikol Paşinyanın BMT Baş Assambleyasında çıxışını necə şərh edərdiniz?
- Hesab edirəm ki, Paşinyanın BMT-dəki çıxışı küçə demaqoqunun çıxışı idi. Başqa sözlə, Paşinyanın çıxışı dövlət və ya hökumət başçısının çıxışına bənzəmirdi. Bu, birmənalıdır.
- Paşinyan çıxışında həm Azərbaycana qarşı qəbuledilməz iddialar irəli sürür, həm də deyir ki, danışıqlar prosesinə hazırdır...
- Paşinyan qələt edir, başını divara vurur. Onun BMT-dəki çıxışı o deməkdir ki, bu adam masa ətrafına əyləşib konstruktiv danışıqlara aparmağa hazır deyil. Və ola bilsin ki, təbiətinə görə, o ümumiyyətlə, belə danışıqlar apara bilməz. Paşinyan elə bilir ki, BMT-də əyləşənlər İrəvanın küçələrində onu dinləyən mitinq iştirakçılardır.
- O, iddia etdi ki, Dağlıq Qarabağ Azərbaycanın yurisdiksiyasına qayıtsa, orada yaşayan ermənilər deportasiya oluna bilər...
- Bir daha deyirəm ki, onun çıxışı küçə demaqoqunun çıxışından ciddi fərqlənmədi. Bu adam durub belə fikirlər işlərdir, amma ortada BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Eləcə də BMT Baş Assambleyasının qərarı var. Paşinyan isə elə çıxış edir ki, sanki bu sənədlər kağız parçasıdır, apar tulla. Beləcə cəfəng fikirlər səsləndirir. İddia edir ki, Dağlıq Qarabağ Azərbaycana qaytarılsa, oradakı ermənilər deportasiya olunacaq. Sən yeddi rayonu işğal etmisən, hansı ki, bu ərazilərdən qoşunlarını çıxarmalısan. Sən orada yaşayan insanlara qarşı etnik təmizləmə həyata keçirmisən, yüzlərlə azərbaycanlını öldürmüsən. Bunu etmisən və özün də iddia edirsən ki, Azərbaycan Qarabağdakı erməniləri oradan çıxaracaq və s. Belə bir fakt yoxdur. Əksinə, Azərbaycan deyir ki, Dağlıq Qarabağa ən yüksək səviyyədə özünüidarəetmə, təhlükəsizlik təminatı verir. Bunların hamısını Azərbaycan tərəfindən irəli sürülüb. Paşinyan isə bunları atır bir kənara və sərsəm-sərsəm danışır.
- Paşinyanın Azərbaycanın Dağlıq Qarabağdakı separatçı rejimlə danışıqlar aparması tələbini necə qiymətləndirmək olar?
- Ortada BMT Təhlükəsizlik Şurasının qətnamələri var. Həmin sənədlərdə vurğulanır ki, Ermənistanın işğalçı ordusu bu torpaqlardan çıxarılmalı, kommunikasiyalar açılmalı, qaçqınlar öz yerlərinə qayıtmalı və sonra Dağlıq Qarabağın statusu ilə bağlı danışıqlar aparılmalıdır. Yəni erməni öz qoşunlarını çıxarandan, təhlükəsizlik təmin edildikdən sonra Dağlıq Qarabağın statusuna dair danışıqlar başlanmalıdır. Azərbaycan heç vaxt deməyib ki, Dağlıq Qarabağın erməni icması ilə statusa dair müzakirə aparmayacaq. Sözsüz ki, aparacaq, amma iş ondadır ki, danışıqlar prosesində, sülh sazişində ardıcıllıq olmalıdır. Bu ardıcıllıq prinsipinə əsasən ilk olaraq, işğalçı ordu Azərbaycan torpaqlarından geri çəkilməlidir.
- Ancaq Paşinyan bəyan edir ki, Azərbaycan birbaşa Dağlıq Qarabağdakı separatçı rejimlə danışıqlar aparsın...
- Sanki Ermənistan işğalçı dövlət deyil. Azərbaycanın ərazisini Qarabağ erməniləri işğal edib, yoxsa Ermənistanın qoşunları? Hələ indi də həyasızcasına oğlunu göndərmisən erməni ordusunda xidmətə. Hansı ki, bu ordu Azərbaycanın işğal edilən ərazilərində mövqe tutub. Təkrar edirəm ki, bu insan özünün xülyaları ilə yaşayır. Halbuki BMT Baş Assambleyasında əyləşən insanlar realistdirlər və hər şeyi də çox gözəl bilirlər.
- Paşinyan həm deyir ki, sülh danışıqları onun hökumətinin xarici siyasətinin əsas prioritetidir, həm də rəsmi Bakıdan tələb edir ki, danışıqları Dağlıq Qarabağdakı separatçı rejimlə aparsın. Bunu necə anlamaq olar?
- Demaqoqluqla məşğul olur. Adamın sözünün əvvəli ilə sonu bir-birilə ziddiyyət təşkil edir. Əgər Ermənistanın Dağlıq Qarabağ danışıqlarına aidiyyəti yoxdursa, onda sən kimsən danışırsan, ümumiyyətlə kimin adından danışırsan? Və səninlə niyə danışmaq lazımdır? Hesab edirəm ki, Paşinyan ciddi siyasətçi deyil. O, ümumiyyətlə adekvat deyil və qorxuram ki, bundan sonra da düzəlməsin.
- Bu çıxışla Paşinyan BMT-də qarşısına qoyduğu məqsədə çatıb istədiyi ab-hava yarada bildimi?
- BMT-də əyləşənlər realist siyasətçilərdir. Paşinyan heç bir ab-hava yarada bilmədi. Siz düşünürsünüz ki, BMT-də hamı Paşinyanın çıxışına qulaq asırdı?
- Bundan sonra danışıqlar prosesi hansı istiqamətdə irəliləyə bilər?
- Rusiya Prezidenti Vladimir Putin Nikol Paşinyanla danışıb. Putin Bakıya gələcək və biz bu məsələni özümüz üçün müəyyən edəcəyik. Əgər Paşinyanı ağla gətirmək mümkündürsə, Putin onu ağıllandıracaq və danışıqlar prosesi bərpa olunacaq. Yox, əgər ağla gəlmirsə, bu halda Putin əlini ondan çəkməli və Azərbaycan digər variantlara müraciət etməlidir.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"