Bakıda Qarabağla bağlı mitinq keçiriləcək - İcazə verildi

img

26-09-2018 [16:26]


Bir neçə ay əvvəl yaradılan Qarabağ Komitəsinə mitinq keçirmək üçün icazə verilib.

Bu barədə Mia.az-a komitənin təsisçilərindən olan, tanınmış jurnalist Əvəz Zeynallı məlumat verib.

O bildirib ki, Qarabağ Komitəsi Qarabağla bağlı mitinq keçirmək üçün bir müddət əvvəl Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Bu gün hökumətdən onların müraciətinə müsbət cavab verilib.

Mitinq sentyabrın 29-da, saat 15:00-da Məhsul stadionunda baş tutacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR