"İlyası necə görmək istəyirdinsə, hamısı olacaq..."

img

26-09-2018 [16:20]


Sevil NURİYEVA

***

Allah var, qəm yox...Bu dünya mərdləri də, namərdləri də ayırd edən yerdir. Nəhayət, divana çıxacağıq...Mənim Etimadım mərd doğuldu və mərd kişi olaraq bu aləmi tərk etdi.

İndi ən böyük arzum cənnətdə onunla təkrar qovuşmaqdır...

Bu gün 7-ci gündür ki, bu aləmi tərk etdi… Mən ondan razıyam, dostlari, iş gördüyü namuslu insanlar ondan razıdır. Ağzı oruclu, abdəstli və ən son gün zəkat verərək, dünyadan köçdü. Allah səndən razı olsun, canımın içi. Sən İlyası necə görmək istəyirdinsə, məni necə görmək istəyirdinsə, sənə sözümdür, hamısı olacaq...

Bu gün dostlarından, dostlarımdan Mülk və Yasin surəsi oxunmasını xahiş edirəm. Məni yalnız buraxmayan, dualarını əksik etməyən, başsağlığı verən, mənim çiynimə çiynini dayayan gerçək dostlarımıza mütəşəkkirəm. Allah sizləri qorusun və dərd verməsin.

Bu dünyada nəfəsi bədənindən çıxan günə qədər Allahı, məfkurəsi, davası, Etimadi, İlyası, dostları üçün yaxşı, mərd, mərhəmətli olmağa davam edəcəm. Acım dərin və heç dinməyəcək. Amma cənnətdə qovuşanadək dua edəcəm, Etimad... Səninlə fəxr etdim hər zaman... Səninlə birlikdə keçirilən hər an bir ömür qədər qiymətlidir, əzizdir, əzizim. Arxanda qoyduğun mərd adam adı üçün sağ ol, canım. İlyasa buraxdığın ən qiymətli miras budur. Məni gözlə, əzizim. Vaxt tamam olanda Allah cənnətində qovuşduracaq, inşallah”.

Sənə alçaqca, qorxaqca, şərəfsizcə hücum edən isə hər iki dunyada cəza alacaq. Allahin ədalətinə sonsuz şükürlər olsun. Və Turkiyə dövlətinin ƏDALƏTi hər şeyi şübhəsiz ki, ortaya çıxaracaq. Qanımızı axıdan şəxsin (Sevil Nuriyeva bu hissədə ağır ifadə işlədib- redaksiya) cəzasını ilahi Ədalətə və Türkiyə dövlətinin ədalətinə həvalə edirəm".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR