"YAP başda olmaqla, bütün siyasi qüvvələr bir şüar altında birləşməlidir" - Qarabağla bağlı çağırış

img

26-09-2018 [15:40]


"Qarabağla bağlı hər hansı bir addım atmaq çün niyə kimdənsə icazə almalıyıq? Ərazi bütövlüyümüzü bərapa etmək bizim haqqımızdır”.

Bu fikirləri mia.az-a açıqlamasında Müasir Müsavat Patiyasının sədri Hafiz Hacıyev səsləndirib. O bildirib ki, Qarabağ tələbi ilə bağlı mitinqin keçirilməsi vacibdir: 

"Dövlətin özü də bu mitinqin keçirilməsində maraqlı olmalıdır. Dünyaya göstərməlidirlər ki, biz öz torpaqlarımızı istəyirik. Biz öz mövqeyimiz bəyan etmməliyik. Bildirməliyik ki, vasitəçi dövlətlər və qurumlar 25-26 ildir ki, başımızın altına yastıq qoyurlar, Qarabağı unutdurmaq istəyirlər. Bu cür tədbirlər keçirib göstərməliyik ki, biz mövqeyimizdən geri çəkilməyəcəyik”.

MMP sədri onu da nəzərə çatdırıb ki, bu mitinqdə bütün siyasi qüvvələr bir araya gəlməlidir. Onun sözlərinə görə. YAP başda olmaqla, iqtidarlı, müxalifətli bütün siyasi qüvvələr bir şüar altında birləşməlidir: 
2017-11-02-12-32-47hafiz-fikirli.jpg (643×372)

"Sərbəst toplaşma azadlığı var, aidiyyatı qurumu xəbərdar edib gedib aksiyamızı keçirməliyik. Dünyada da görməlidir ki, Azərbaycan xalqı bir metr torpağını da güzəştə getmək fikrində deyil. Çox təəssüflə qeyd etməliyəm ki, bəzi vəzifə sahibləri də bu məsələnin gündəmə gəlməsini istəmirlər. Bunun üçün onlar arvadlarından icazə almalıdırlar ki, Ermənistana qarşı hansısa addım atılsın. Torpağımızı işğaldan azad eləmək üçün kimdənsə icazə almalı deyilik. Hakimiyyətdəki bəzi məmurlar da bilməlidirlər ki, biz erməniləriri güzəştə getməyəcəyik. Prezidentin də bu məsələdə mövqeyi bəllidir. Cəmiyyət də çıxıb bütövlükdə mövqeyini ortaya qoymalıdır”.

H.Hacıyev Birinci vitse-prezident Mehriban Əliyevanın İtalya səfəri zamanı Qarabağla bağlı səsələndirdiyi fikrə münasibət bildirib: 

"Mehriban xanım İtaliyada bəyan etdi ki, Dağlıq Qarabağ və ətraf 7 rayon dərhal azad olunmalıdır. Biz onun səsinə səs verməliyik. Yəni, bu məsələ ciddi qoyulmalıdır. Bu qədər səbr etdiyimiz kifayətdir. Hamımız əsgər kimi Ali Baş Komandanın yanında olmalıyıq. Qarabağı azad etməkdən ötrü əlimizdən gələni etməliyik”.



Digər xəbərlər
SON XƏBƏRLƏR