Azərbaycana daxil olan maşınların ölkədə qalma müddəti ləğv ediləcək? - Gömrükdən açıqlama

img

26-09-2018 [13:26]


"Azərbaycana daxil olan nəqliyyat vasitələrinin ölkədə qalma müddəti ilə bağlı gömrük qanunvericiliyində nəzərdə tutulmuş məhdudiyyətin ləğvi nəzərdə tutulur”

Bunu Dövlət Gömrük Komitəsinin (DGK) Hüquqi Təminat İdarəsinin rəisi Sənan Muxtarov "Gömrük İslahatları və Modernləşdirmə" mövzusunda keçirilən təlimdə bildirib. 

Onun sözlərinə görə, hazırda qüvvədə olan qaydaya görə, Azərbaycana daxil olan nəqliyyat vasitələri 90 gün ərzində ölkəni tərk etməli, Azərbaycanı tərk edən nəqliyyat vasitələri isə 2 il müddətində ölkəyə geri qayıtmalıdır. 

"Turizmin inkişafına dəstək məqsədi ilə bu müddətin ləğv edilməsi üçün gömrük qanunvericiliyində dəyişiklik nəzərdə tutulub. Müvafiq təklif artıq hökumətə göndərilib. Təklif təsdiqləndiyi halda bu müddətin ləğv edilməsi planlaşdırılır”, - DGK rəsmisi qeyd edib/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR