26-09-2018 [00:04]
Bu gün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Romadakı baş ofisində "Azərbaycan otağı”nın açılışı olub. Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri Leyla Əliyeva açılışda iştirak edib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktorunun müavini Laurent Tomas Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı qarşılayıb.
Əvvəlcə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktorunun müavini Laurent Tomas ilə görüşü olub.
Görüşdə Heydər Əliyev Fondunun və IDEA İctimai Birliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə əməkdaşlığı yüksək qiymətləndirildi, əlaqələrin daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.
Baş direktorun müavininə IDEA, FAO və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində Azərbaycanın 11 rayonunda aztəminatlı ailələr üçün salınmış meyvə bağları barədə məlumat verilib.
Söhbət zamanı "Sıfır aclıq” Konsepsiyasının icra vəziyyəti ilə bağlı, həmçinin münaqişədən əziyyət çəkən ölkələrdə və Afrika ölkələrində aclığın aradan qaldırılması üçün mümkün əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Dünyada 870 milyon insanın hələ də aclıq və azqidalanmadan əziyyət çəkdiyi bir vaxtda ərzaq məhsullarının üçdəbir hissəsinin tullantıya getməsinin qəbuledilməz olduğu vurğulanıb.
Sonra "Azərbaycan otağı”nın açılışı olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktorunun müavini Laurent Tomas otağın rəmzi açılışını bildirən lenti kəsiblər.
FAO ilə Azərbaycanın birgə layihəsi olan bu gözəl otaqda təşkilatın fəaliyyəti üçün bütün şəraitin mövcud olduğunu deyən Laurent Tomas bildirdi ki, burada təşkilatın əməkdaşları ən müasir imkanlardan istifadə edə biləcəklər. "Otaqda ən qabaqcıl texnoloji avadanlıqla yanaşı, Azərbaycanın qədim mədəniyyətini əks etdirən əşyalar da var. Bu mənada otağın alov formalı divarları Odlar diyarını təcəssüm etdirir”,- deyən Laurent Tomas otaqda buta naxışını xatırladan dizaynı da qeyd edib. İclas otaqlarından gözəl mənzərənin açıldığını, mədəni və bədii nöqteyi-nəzərdən otağın çox cəlbedici olmaqla yanaşı, həm də çox praktiki olduğunu söyləyən Laurent Tomas vurğulayıb ki, otaq BMT binaları üçün tətbiq olunan ən yüksək təhlükəsizlik tədbirlərinə cavab verir. Laurent Tomas FAO-nin baş direktoru adından təşkilatın öz əhəmiyyətli məqsədlərinə çatması istiqamətində səmərəli fəaliyyət göstərməsi üçün bu faydalı töhfəyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.
X X X
Məlumat verilib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Romadakı baş ofisində "Azərbaycan otağı” Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə təsis edilib. FAO-nun ofisində müxtəlif ölkələrin otaqları mövcuddur. Burada MDB ölkələri arasında ilk dəfə məhz Azərbaycanın adını daşıyan otaq yaradılıb. Otağın tərtibatında Azərbaycanın milli ornamentlərindən, musiqi alətlərindən, xalçalarından istifadə olunub. Qədim tariximizin, zəngin mədəni irsimizin, ümumilikdə, ölkəmizin təbliği baxımından bu cür layihələr mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Azərbaycan 1995-ci ildən FAO-nun üzvüdür. Ölkəmizdə qurumun layihə əlaqələndirmə ofisi 2007-ci ildən fəaliyyət göstərir. Azərbaycanda təşkilatın ilk əlaqələndirmə və tərəfdaşlıq ofisi də var.
Xatırladaq ki, Leyla Əliyeva humanitar və ekologiya sahəsindəki fəaliyyətinə görə FAO-nun xoşməramlı səfiri adına layiq görülüb. Bu qurum dünyada aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliliyinin artırılması, sağlam ərzaq sistemlərini yaratmaq kimi vəzifələri qarşısına məqsəd qoyub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyəti isə bu məqsədlərə nail olmağa töhfə verir. Sonda xatirə şəkli çəkdirilib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb