2019-cu il büdcəsinin layihəsi Prezidentə təqdim olundu - Nazirlər Kabinetinin iclasından sonra

img

25-09-2018 [17:29]


Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələriPrezidentə təqdim olunub.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, Nazirlər Kabinetinin sentyabrın 24-də keçirilən iclasından sonra qərara alınıb ki, "Büdcə sistemi haqqında” Qanuna müvafiq olaraq, büdcə zərfinə daxil olan sənədlər toplusu Azərbaycan Respublikasının Prezidentinə təqdim olunsun.

Xatırladaq ki, Baş nazir Novruz Məmmədovun sədrliyilə keçirilmiş dünənki iclasda Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2019-cu il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə edilib/Modern.az



Digər xəbərlər
SON XƏBƏRLƏR