Rusiya XİN bəyanat yaydı, gürcüləri aşağıladı: "ABŞ onlardan “təcrübə dovşanları” kimi istifadə edir"

img

25-09-2018 [17:21]


"Pentaqon gürcü vətəndaşlarından "təcrübə dovşanları” kimi istifadə edir".

Bu sözlər Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb.

Bəyanatda daha sonra deyilir: "Pentaqon bioloji materiallar əsasında Gürcüstanda insanları eksperimentdən keçirirlər”.

Rusiya XİN rəsmisi Vladimir Yermakov mətbuata açıqlamasında artıq ABŞ tərəfinə məsələ ilə bağlı etiraz ünvanladığını bildirib: "Biz öz sərhədlərimizdə mənşəyi bilinməyən bioloji eksperimentlərə icazə verə bilmərik”.

Vladimir Yermakov həmçinin əlavə edib ki, bu cür ərazilərə hətta Gürcüstandan olan səlahiyyətli şəxslərin girişinə də icazə verilmir/Teleqraf.com.


Digər xəbərlər
SON XƏBƏRLƏR