“Brent” neftinin qiyməti 90 dollaradək bahalaşa bilər - Sinqapurlu ekspert

img

25-09-2018 [16:46]


 İrandan neft ixracının gündə 1 mln. bareldən daha artıq azalması "Brent” markalı neftin bir barelinin qiymətini 90 dollaradək bahalaşdıra bilər.

"İnterfax” xəbər verir ki, bu barədə Sinqapurun "JTD Energy Services” şirkətinin baş təhlilçisi Con Driskol məlumat verib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı və Rusiyanın hasilatı artırmaq niyyətində olmaması, həmçinin Venesuela və Liviyanın hasilatı azaltması dünya neft bazarındakı vəziyyətə mənfi təsir göstərir.

Daha əvvəl "JPMorgan Chase"in ekspertləri yaxın 6 ay üçün "Brent” markalı neftin bir barelini orta hesabla 85 dollar, WTI markalı neftin bir barelini isə 76 dollar həddində proqnozlaşdırmışdılar/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR