İsmayıllı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, sentyabrın 23-də İsmayıllı RPŞ-nın əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Anar Zeynalov saxlanılıb:
"Keçirilən tədbirlərin davamı olaraq onun rayonun Keşqurt kəndində yaşadığı evə də baxış keçirilib. Oradan çəkisi 4,240 kiloqram qurudulmuş marixuana, 4 ədəd narkotik tərkibli çətənə bitkisi və 12 ədəd ümumi təmiz çəkisi 3,430 kiloqram eyniadlı bitkinin hissələri aşkar edilərək götürülüb".
Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq davam etdirilir.