Putin Bakıda Qarabağ məsələsini müzakirə edəcək - Açıqlama

img

25-09-2018 [11:54]


Bu gün Rusiya prezidenti Vladimir PutinAzərbaycana səfərə gəlir. Bəs görəsən Putinin səfərində hansı məsələr müzakirə olunacaq?

Məsələ ilə bağlı Modern.az-a danışan deputat, politoloq Rasim Musabəyov deyib ki, əsas danışıqlar Azərbaycan prezidenti İlham Əliyev Soçidə səfərdə olanda aparılıb.

"Orada imzalanması lazım olan sənədlər imzalanıb. Putinin indi Azərbaycana gəlməyinin əsas məqsədi regionların əməkdaşlığı ilə bağlı forumda iştirak etməkdir. Bu dəfə prezidentlərin hər ikisi iştirak edəcək. Yəni Rusiyanın regionları Azərbaycanın regionları ilə birgə əməkdaşlıq edəcək. Dağıstan, Tatarıstan, Sverdlovsk və digərləri əməkdaşlıq olacaq”.

Deputat deyib ki, Putin Azərbaycana böyük heyətlə gəlir.

"Putinin heyətində Rusiyanın tanınmış iş adamları var. Düşünürəm ki, Soçi də razılaşdırılan məsələlərin gerçəkləşdirilməsi üçün müəyyən addımlar atılacaq”.

Onun sözlərinə görə, prezidentlərin görüşü zamanı Qarabağ məsələsi də müzakirə ediləcək.

"Soçidə başlanan Qarabağ konfliktini dalandan çıxarmaqla bağlı səylər, danışıqlar Bakıda da davam edəcək. Putin bu məsələ ilə Paşinyanı da çağırıb söhbət elədi. Düşünürəm ki, əsas müzakirə olunacaq məsələ konfliktin dalandan çıxarılması olacaq. Nə əldə olunacağını öncədən demək çətindir”.



Digər xəbərlər
SON XƏBƏRLƏR