Elmar Məmmədyarov iki ölkənin naziri ilə görüşdü - Müzakirə

img

25-09-2018 [11:54]


BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstanın xarici işlər naziri Nikos Kotzias və Qananın xarici işlər və regional inteqrasiya naziri xanım Şirli Botçvey ilə görüşüb.

XİN-nin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, görüşlər zamanı bu ölkələrlə Azərbaycan arasında əməkdaşlığın mövcud səviyyəsi və gələcək inkişaf perspektivləri müzakirə edilib və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədən beynəlxalq təşkilatlara seçkilərdə qarşılıqlı dəstək mövzuları barədə fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR