“Azərbaycan yoxsulluğun 5 faizdən aşağı enməsinə nail olan 29 ölkə sırasında yer alır” - Deputat

img

25-09-2018 [11:47]


 "Azərbaycan yoxsulluğun 5 faizdən aşağı enməsinə nail olan 29 ölkə sırasında yer alır”.

"Report” xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bu gün parlamentdə "Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində Milli Məclisin (MM) rolu” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

E.İbrahimov bildirib ki, qloballaşmanın intensivləşməsi dünyada yeni çağırışlar doğurur, yeni çağırışlara cavab vermək isə dövlətlər və hökumətlər qarşısında vacib tələblərdən biri kimi dayanır.

Komitə sədri vurğulayıb ki, ötən müddət ərzində ölkə prezidenti tərəfindən bu yöndə, o cümlədən Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə bağlı Dövlət Proqramı və digər bu tipli dövlət proqramları qəbul olunub.

E.İbrahimov bildirib ki, Azərbaycanın həyata keçirdiyi bu işlər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı və digər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR