Şriftin ölçüsü / 188 dəfə oxunub

Elmar Qasımov 41 saniyəyə ipponla qalib gəlib - Dünya çempionatı

25 Sentyabr 2018 [10:25]
Azərbaycan cüdoçusu Elmar Qasımov Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

"Report"un məlumatına görə, 100 kq çəki dərəcəsindəki 28 yaşlı idmançı 1/32 finala təsadüf edən ilk görüşündə isveçli Martin Paçekə 41 saniyəyə ipponla qalib gəlib. Onun 1/16 finaldakı rəqibi monteneqrolu Danilo Pantiç olacaq.

Əvəzində Zelim Kotsoyev elə isveçli Yoakim Dvarbiyə 3 dəqiqə 8 saniyəyə uduzub. O, rəqibin saxlama fəndi qarşılığında təslim olub. 


SON XƏBƏRLƏR