Agentlik yanında daimi Koordinasiya Qrupu yaradıldı - Hökumətdən qərar

img

25-09-2018 [09:38]


Nazirlər Kabineti "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun yaradılması haqqında" qərar qəbul edib.

Mia.az xəbər verir ki, bununla bağlı Baş nazir Novruz Məmmədov qərar verib.

Qərara əsasən, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupu yaradılıb və "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun tərkibi” təsdiq edilib.

Kiçik və orta biznes evlərinin əhatə etdiyi ərazilər üzrə rayon (şəhər) icra hakimiyyətlərinə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin müraciəti əsasında Koordinasiya Qrupuna nümayəndələrinin ayrılmasını təmin etmək tapşırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR