Maşın sürərkən siqaret çəkmək qadağan edilsin! - Deputatdan təklif

img

24-09-2018 [16:47]


Milli Məclisin (MM) deputatı Araz Əlizadə avtomobillərdə siqaret çəkilməsinin qadağan olunmasını təklif edib.

Deputat bu təklifi MM-in Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında səsləndirib.

A.Əlizadə deyib ki, sürücünün siqaret çəkməsi idarəetmənin itirilməsinə səbəb ola bilər: "Sürücü siqareti çəkən zaman siqaretin külü şalvarına düşür, sürücü külü təmizləməyə çalışır, bu zaman da onun diqqəti yoldan yayınır. Ona görə də bunu etmək lazımdır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR