Azərbaycan-Rusiya Regionlararası Forumunun proqramı - Açıqlandı

img

24-09-2018 [15:42]


Azərbaycan və Rusiyanın regionları arasında işgüzar əməkdaşlığın genişləndirilməsinə yönəlmiş 9-cu Azərbaycan-Rusiya Regionlararası Forumu sentyabrın 27-də Bakıda keçiriləcək.

"Report" xəbər verir ki, Forumu Roskonqress Fondunun dəstəyi ilə Rusiya İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan İqtisadiyyat Nazirliyi təşkil edəcək.

Forumun plenar iclasında Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Rusiya-Azərbaycan Biznes Şurasının sədri Aleksey Repik, Azərbaycan-Rusiya Biznes Şurasının sədri Səməd Qurbanov, eləcə də Azərbaycanın icra hakimiyyəti rəhbərləri və Rusiya regionlarının rəhbərləri iştirak edəcəklər.

Forum çərçivəsində turizm, rəqəmsallaşdırma, humanitar sahədə əməkdaşlıq, nəqliyyat, qadın sahibkarlığının inkişafı kimi müxtəlif sahələrdə ticari-iqtisadi və işgüzar əlaqələrin dərinləşdirilməsi məsələləri üzrə yeddi dəyirmi masa keçiriləcək.

Bununla yanaşı, Forumda əlaqələr birjası təşkil ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq