24 Sentyabr 2018 [14:34]
Avropa Liqasında iştirakı və son 10 ildə performansına görə "Qarabağ”a UEFA tərəfindən 4 milyon 35 min 740 avro maliyyə vəsaiti ayrılıb.
Mia.az AFFA-ya istinadən bildirir ki, artıq bu pul AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb:
"Ümumi məbləğin 2 milyon 750 min avrosu Azərbaycan təmsilçisinin Avropa Liqasindakı iştirakı (48 kluba bu məbləğ ayrılıb) qarşılığında ayrılıb.
Əmsalların sıralamasına əsasən, son 10 ildəki performansına görə isə Ağdam klubu 1 milyon 285 min 740 avro əldə edib".