Akademik Həsən Abdullayevin xatirəsinə həsr olumuş beynəlxalq konfrans keçirilir - AMEA-da

img

24-09-2018 [13:19]


Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) akademik Həsən Abdullayevin xatirəsinə həsr olumuş "Modern Trends in Condensed Matter Physics”(MTCMP – 2018) mövzusunda beynəlxalq konfrans keçirilir. 

AMEA Fizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindın Mia.az-a verilən məlumata görə, knfransı giriş sözü ilə Fizika-Riyaziyyat və Texnika Elmləri bölməsinin akademik katibi,  Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov açıb. 

O bildirib ki,  konfrans  kondensə olunmuş hal fizikasının akademik H.B. Abdullayevin elmi irsi ilə sıx əlaqəsi olan sahələrini, eləcə də, Azərbaycanda inkişafı onun adı ilə bağlı olan digər elm sahələrini (radiasiya fizikası, astrofizika, fiziki kimya, kristalloqrafiya, biofizika, idarəetmə sistemləri) əhatə edir. O bildirib ki, akademik H.Abdullayevin xatirəsi həmişə onun yetirmələrinin yaddaşında əbədi yaşayacaq.

 N.Məmmədov kofransın proqramı haqqında tədbir iştiraçılarına məlumat verib. Bildirib ki, Konfransın açılış mərasimində akademik H.Abdullayevin övladları və nəvələri də iştirak edib.

Konfrans Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinovun çıxışı ilə davam edib. 

C.Abdinov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə görkəmli fizik, yarımkeçircilər fizikası sahəsində ilk tədqiqatçılarından biri, müasir Azərbaycan fizika məktəbinin yaradıcısı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi,  Dövlət Mükafatı laueratı, professor Həsən Abdullayrvin 100 illik yubileyi keçirilir.  Qeyd edib ki, H.Abdullayevin  75 illik ömrünün 50 ili AMEA ilə  bağlı olub. C.Abdinov akademikin  siravi əməkdaşdan AMEA-nın prezidenti vəzifəsinə qədər şərəfli  bir yol keçdiyini vurğulayıb. Bildirib ki,  H.Abdullayev Azərbaycan elm sahəsinə böyük töhfələr vermişdir. C.Abdinov çıxışında akademikin elmi-təşkilatı fəaliyyətindən bəhs edib.

Konfransda Meksika Milli Avtonom Universitetinin Riyaziyyat İnstitutunun professor Natiq Atakişiyev akademik H.Abdullayevin Azərbaycanda nəzəri fizikanın inkişafındakı xidmətlərdən bəhs edib.

Daha sonra Azərbaycan Respublikası Milli Məclisi Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri, Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının professoru Adilə Abbasova akademik H.Abdullayev haqqında xatirələrini bölüşüb.

Açılış mərasimindən sonra konfrans öz işinə başlayıb. İlk olaraq Yaponiyanın Çiba Texnoloji İnstitutunun alimi, professor Kazuki Wakitanın "Surface analysis of photovoltaic films of CuInS2 and CZTS” mövzusunda məruzəsi dinlənilib.

Daha sonra rusiyalı alim Alexander A. Levchenko "Wave and vortex motion on the surface of classic and quantum liquid” mövzusunda məruzə ilə çıxış edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı