Şriftin ölçüsü / 318 dəfə oxunub

Etimad İsmayılovun qatili ilə bağlı MƏHKƏMƏ QƏRARI

24 Sentyabr 2018 [12:39]
Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılovu qətlə yetirməkdə təqsirli bilinən Gözəl Dəmirov və sürücüsü barəsində həbs qətimkan tədbiri seçilib.

Gözəl Dəmirov Bakırköy Məhkəməsində hakim qarşısına çıxarılıb.

Xatırladaq ki, sentyabrın 19-da Etimad İsmayılov Türkiyənin İstanbul şəhərindəki ofisində qətlə yetirilib. Onu qətlə yetirən Gözəl Dəmirov sabiq polis rəisidir. O, Etimad İsmayılovun şəriki idi.

Qeyd edək ki, Etimad İsmayılov tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşıdır.




SON XƏBƏRLƏR