İranda terror hücumu... - Şübhəli bilinənlər saxlanılıblar

img

24-09-2018 [12:46]


 İranın informasiya və milli təhlükəsizlik naziri Mahmud Ələvi Əhvaz şəhərində keçirilmiş hərbi paradda törədilən terror aktı ilə əlaqədar şübhəlilərin saxlanması barədə məlumat verib.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, nazir sentyabrın 22-də baş vermiş terror hücumu qurbanlarının anım mərasimində hücumla bağlı olan bütün terrorçuların kimliklərini müəyyənləşdirdiklərini, bu terror şəbəkəsinin böyük hissəsinin həbs edildiyini bildirib.

Qeyd edək ki, Əhvazda keçirilən hərbi parad zamanı törədilən terror aktı nəticəsində 28 nəfər ölüb. Hüquq-mühafizə orqanları hadisə yerində üç terrorçunu məhv edib, digərləri xəstəxanada keçiniblər. Rəsmi Tehran terrorçuların İraq Kürdüstanından gəldiklərini və daha əvvəl İran ordusunun zərbələr endirdiyi silahlılara aid olduqlarını bildirib.

İRNA agentliyinin məlumatına görə, hücuma görə məsuliyyəti Səudiyyə Ərəbistanı bağlantıları olan "Əhvazda Vətənpərvər Ərəb Demokratik Hərəkatı" qruplaşması üzərinə götürüb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR