"Nə qədər əhali ağır borc şəraitinə düşüb..." - Deputatdan dollar kreditləri ilə bağlı qərara etiraz

img

24-09-2018 [11:34]


"Konstitusiya Məhkəməsinin xarici valyutada götürülmüş və "problemli kreditlər” adı ilə tanınan borclara görə, qəbul etdiyi qərar əsaslandırılmamış qərardır. Qərarın əsaslandırılması yetərli deyil”

Deputat Fazil Mustafa bunu Konstitusiya Məhkəməsinin Plenumunun xarici valyutada götürülən kreditlərlə bağlı bankların xeyrinə verdiyi qərarı şərh edərkən söyləyib.

F.Mustafa bildirib ki, Konstitusiya Məhkəməsi kredit götürülməsilə bağlı bağlanmış müqavilə şəraitinin dəyişmədiyi qənaətinə gəlib: "Amma 2015-ci ildə manatın iki dəfə devalvasiyaya uğraması, bunun əvəzində dolların iki dəfə bahalaşması kimi fakt var ortada. Bunun nəticəsində nə qədər iş adamı sıradan çıxıb, nə qədər əhali ağır borc şəraitinə düşüb. Bunları inkar etmək, bu qədərmi asandır?”.

F.Mustafa hesab edir ki, həmin borcların bir hissəsi dövlət tərəfindən kompensasiya olunmalıdır, əks halda vətəndaşın hakimiyyətə güvəni azalacaq.

"Bir daha təkrar edirəm ki, bu qərar tam əsalsndırılmayıb”, -  deputat bildirib.

Qeyd edək ki, Konstitusiya Məhkəməsinin Plenumunu xarici valyutada götürülən kreditlərlə bağlı bankların xeyrinə qərar verdiyi bildirilir. Məhkəmə Mülki Məcəllənin 422-ci maddəsinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında işə baxıb. Qərarda yazılıb ki, manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflərə gözlənilməz hesab edilmədiyini və borclunun krediti xarici valyutada almaqla maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz/Strateq.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı