Şriftin ölçüsü / 159 dəfə oxunub

"Qalatasaray" səfərdə böyük hesabla məğlub oldu - Türkiyə Super Liqası

23 Sentyabr 2018 [22:25]
Türkiyə Super Liqasının 6-cı turundan "Qalatasaray" səfərdə "Akhisarspor"a böyük hesabla məğlub olub.

Mia.az bildirir ki, oyun 3-0 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb. 

Oyunda qolları 51-ci dəqiqədə Manu, 80-də penaltidən Vural, 84-də isə Mustafa Yumlu vurub.

"Qalatasaray" 42-ci dəqiqədə penaltini qola çevirə bilməyib. Belə ki, Rodriqesin zərbəsi dəqiq olmayıb.

Bununla da "Qalatasaray" liderlik kürsüsündəki mövqeyini itirib.

Onu da qeyd edək ki, sabah "Fənərbaxça" ilə "Beşiktaş" derbisi olacaq. 


SON XƏBƏRLƏR