Eldar Əzizov su basan rayonların icra başçılarını ƏRAZİLƏRƏ ÇAĞIRDI

img

23-09-2018 [20:02]


Bakı Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsini icra edən Eldar Əzizov paytaxtın su basan icra hakimiyyətlərinin rəhbərlərini  fəsadlar baş verən ərazilərə çağırıb.

Eldar Əzizov Bakı Şəhərinin ən çox su basan Səbail, Nəsimi,   Binəqədi rayon  icra hakimiyyətlərinin başçıları və təsərrüfat birliklərinin rəhbərlərini  yarana biləcək fəsadların qarşısını almaq üçün səfərbər edib. E.Əzizov səhər saatlarından paytaxtın ən çox yağış suları altında qalan küçələrində olub.Fəsadlar aradan qaldırılana qədər adıçəkilən rayonların icra başçıları ərazini tərk etməyiblər.Müəyyən edilib ki, yağış sularının fəsadlar törətməsi kanalizasiya kollektorlarının vaxtında işə düşməməsi səbəbindən baş verib.Buna görə də Eldar Əzizov digər aidiyyatı dövlət qurumlarının rəhbərlərindən yaranan fəsadları aradan qaldırmaq üçün kömək istəyib.Məlumatı Bakı Şəhər İcra Hakimiyyətindən Unikal.org-a təsdiqləyiblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı