Şriftin ölçüsü / 103 dəfə oxunub

Xameneyi terrora görə ABŞ-ı günahlandırdı: "Biz mübarizəmizi davam etdirəcəyik"

23 Sentyabr 2018 [15:00]
İranın Əhvaz şəhərində baş vermiş terror aktı ABŞ-ın peyk dövlətlərinin bölgədə törədikləri qanlı cinayətlərin davamıdır.

Bunu İranın Ali Dini lideri Əli Xameneyi deyib.

Onun sözlərinə görə, həmin qüvvələrin əsas məqsədi İran daxilində sabitliyi pozmaqdır:

"Lakin biz mübarizəmizi davam etdirəcəyik. Kəşfiyyat xidmətləri bu qruplaşmaların uzantılarını təqib etməli və onları ölkənin hüquq-mühafizə orqanlarına təslim etməlidirlər”.

Qeyd edək ki, İranın Əhvaz şəhərində baş vermiş terror aktında 27 nəfər həlak olub/Teleqraf.com.


SON XƏBƏRLƏR