Cavid Qurbanova bir gündə iki sürpriz: iclasda tort, xüsusi klip və aşan qatar... - Sədrin maraqlı reaksiyası + VİDEO

img

23-09-2018 [14:27]


Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanov 60 yaşını maraqlı sürprizlə qeyd edib.

Mia.az BakuPost-a istinadən xəbər verir ki, qurumun işçiləri C. Qurbanovun yubileyi ilə əlaqədar ona sürpriz ediblər. 

"Azərbaycan Dəmir Yolları"nda keçirilən iclasda baş tutan sürprizə deputatın maraqlı reaksiyası olub. 

Onun ad günündən çəkilən videoçarx internetdə də paylaşılıb. Görüntülərdə QSC əməkdaşlarının böyük qatar formasında masaboyu tort hazırlatdırdığı görünür. 

Onun buna verdiyi reaksiya və jestlər də diqqətdən qaçmayıb...

Xatırladaq ki, aşağıda təqdim edilən video-klipin yayıldığı günü Cavid Qurbanov daha bir sürprizlə üzləşib.

 Belə ki, dəmir yolu ilə ölkənin qərb istiqamətindən Bakıya gələn elektorvoz qəzaya uğrayıb, qatar relsdən çxıb. Nəticədə Böyük Kəsikdən, Qazaxdan və Tbilisidən Bakıya gələn qatarların hərəkətində xeyli gecikmə yaranıb. 

Bakıya gələn sərnişinlərin qohumlarının Milli.Az-a bildirdiyinə görə, gecikmə çox uzun çəkdiyindən qatarlarda bəzilərinin halı da pisləşmişdi...

Beləliklə, camaatın halının pisləşdiyi gün Cavid Qurbanovun doğum günü ilə bağlı yayılan video-çarxı təqdim edirik:


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı