Gürcüstanda prezident seçkisi - 25 namizəd iştirak edəcək

img

23-09-2018 [13:47]


Gürcüstanda oktyabrın 28-də keçiriləcək prezident seçkilərində 25 namizəd iştirak edəcək.

"Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Məlumata əsasən, namizədlərin 19-u siyasi partiya, 6-sı isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.

25 namizəd arasında namizədliklərini geri götürmək istəyənlər bu barədə oktyabrın 16-dan gec olmayaraq MSK-ya müraciət etməlidirlər. Müddətin başa çatmasından sonra bütün namizədlər seçki bülletenlərinə daxil ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR