FHN-dən Bakıya yağan güclü yağışla bağlı açıqlama: "Çoxlu sayda müraciət daxil olub..."

img

23-09-2018 [11:58]


Bu gün səhər saatlarında Bakı şəhərində yağan intensiv yağışlar nəticəsində bəzi ərazilərin, küçə və prospektlərin, fərdi yaşayış evlərinin və həyətyanı sahələrin, digər obyektlərin və onların ətrafının yağış suları ilə dolması barədə Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə vətəndaşlardan çoxsaylı müraciətlər daxil olub.

FHN-dən Mia.az-a verilən məlumata görə, görülən operativ və təxirəsalınmaz tədbirlər çərçivəsində Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələrinin yağıntı suları ilə dolmuş ərazilərə cəlb olunması həyata keçirilib. 

Hazırda Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın müxtəlif rayonlarında suçəkmə işlərinin və digər xilasetmə tədbirlərinin görülməsini davam etdir

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı