Bakıda güclü yağış yağdı - Paytaxt su altında qaldı: Metro keçidi, yollar... + Video

img

23-09-2018 [11:07]


Bakıda səhər saatlarından etibarən güclü yağış yağmağa başlayıb.

Bu saata qədər yağan yağış hələ də şəhərin bir çox ərazilərində kəsməyib. Paytaxt küçələrində və çökək ərazilərdə sel sularının yaranmasına baxmayaraq şəhər təsərrüfatına ciddi ziyanın dəymədiyi bildirilir.

Aramsız yağan yağışın ciddi fəsadlar törətməməsi üçün müəyyən qurumlar tərəfindən tədbirlər görülür.

*** 

Bakıya yağan yağışlar metrostansiyaların da işinə mənfi təsir edib. Güclü yağış nəticəsində Memar Əcəmi metrostansiyasının keçidini su basıb.

Dəhşətə gətirən görüntülər səhər saatlarında qeydə alınıb. Əraziyə dərhal FHN əməkdaşları cəlb olunub və suyu çəkməyə başlayıblar.

Həmin görüntüləri təqdim edirik:








Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı