Leyla Əliyeva Milli parkda - Beynəlxalq Sülh Günü tədbirində + FOTOLAR

img

22-09-2018 [22:47]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda Beynəlxalq Sülh Gününə həsr olunan tədbir keçirilib.

Mia.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova tədbirdə iştirak ediblər.

L.Əliyeva Beynəlxalq Sülh Gününə həsr olunan əl işlərindən ibarət sərgiyə baxıb, onların müəllifləri ilə söhbət edib, əsərlərin yaradılması prosesi ilə maraqlanıb, onlara gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb.

Leyla Əliyeva BOCCIA İdman Federasiyasının idmançıları ilə də görüşüb. O, uşaqlarla birlikdə bütün dünyada sülh rəmzi olan göyərçinləri səmaya buraxıb.





Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq