QAT-da dəyişiklik: Ali Məclisə üzvlər seçildi, mitinq qərarı verildi

img

22-09-2018 [22:42]


Qarabağ Azadlıq Təşkilatı (QAT) Ali Məclisinin Bakıda yaşayan üzvlərinin iştirakı ilə iclas keçirilib.

QAT-ın Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, iclasda əvvəlcə təşkilati məsələlərə baxılıb, İlqar Əli, Fəridə Əsgərova, Nəsib Cəfərov, Qələndər İsmayılov, Vidadi Turablı, Sahib Musayev QAT sədrinin müavinləri, Tağı Kazımlı, Şaiq Süleymanov QAT sədrinin müşavirləri, Tağı Kazımlı, Şakir Abbas, Nazim Tapdıqoğlu, Allahverdi Əzimov, Mehman Babayev QAT Ali Məclisinin üzvü seçiliblər.

İclasda Ali Məclis üzvləri 29 sentyabr - Qarabağ mitinqinə hazırlığı da müzakirə ediblər. Akif Nağı hazırkı vəziyyət və Qarabağ mitinqi ilə bağlı geniş məruzə ilə çıxış edib.

Hacağa Nuri, Tağı Kazımlı, Nəsib Cəfərov, Vidadi Turablı, Arzu İsmayılov, İlqar Əli, Paşa Dadaşov, Svetlana Şamil, Şakir Abbas, Cəfər Baxış, Qələndər İsmayılov, Kərəm Səfərov, Firuzə Əsədullayeva, Afaq Əhmədova, Rəhman Cəfərov, Sahib Musayev, Sədi Rüstəmov və digərləri çıxış edərək təkliflərini veriblər.

Sonda Qarabağ mitinqinin istənilən halda keçirilməsinə dair qərar qəbul olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı